Akvakultur balıqçılıq sistemləri
Akvakultur qapalı və açıq tipli balıq ferması avadanlıqlarının satışı və quraşdırılması
Şirkətimiz sizə müasir standartlara cavab verən balıq bəsləmə sistemlərinin ( Aquaculture system ) açar təslim quruşdırılmasını və satışını təklif edir. Bu sistemlərdə texnologiyanın son nəaliyyətlərindən istifadə edilməklə, balığın yaşaması üçün ideal şərait yaradılır, bu da öz növbəsində məhsuldarlığı dəfələrlə artırır. Nümunə kimi karp balığını göstərək. Məs: 1m3 suya 100-120 ədəd 5-10 qramlıq balıq balası (karp) buraxılır. Altı aydan sonra təqribən 1 m3 sudan 80 kq məhsul əldə etmək olur. Təklif olunan fermanı 100 kubmetr göstərək. Beləliklə, ildə 2 mövsüm məhsul əldə etməyi nəzərə alsaq – 80kq x 100 kbm x 2 mövsüm = 16000 kq. Açıq sahədə bu məhsuldarlığı əldə etmək üçün bizə hektarlarla su hövzəsi lazım olduğu halda, bizim sistemdə isə 250 kvm ərazi kifayət edir. Təklif olunan müasir balıq bəsləmə fermaları avtomat şəkildə idarə edilməklə yanaşı, ekoloji təmiz məhsulların yetişdirilməsinə, su sərfiyyatının aşağı salınmasına, bu sahədə olan ekoloji çirklənmənin aradan qaldırılmasına və s. bu kimi üstünlüklərə malikdir. Bu mobil fermalar istənilən yerdə və hava şəraitindən asılı olmayaraq istənilən mühitdə quraşdırıla bilər. Belə ki, fermalar sökülüb-yığılandı. Bu tip fermaların əsas üstünlüklərindən biri də budur ki, şirin su hövzələrində ( çayda, göldə) yaşayan balıqlardan başqa, duzlu su hövzələrində ( dəniz və okean) yaşayan balıqları da burda bəsləmək olar. Bütün sistemi cəmi bir nəfər işçi də idarə edə bilər. Əlavə olaraq işçilər üçün xarici mütəxəssislər tərəfindən treyninqlər də keçirilə bilər. Balıq bəsləmə sistemləri 3 növdə təklif olunur: Qapalı su dövrüyyəli, açıq su dövrüyyəli və qəfəs tipli. Müştərinin istəyinə uyğun olaraq şirin və duzlu suyu olan sistemlər də hazırlana bilər. Təklif olunan aquakultur sistemlərdə hər növ balıq ( forel, sazan, nərə, belamur, və s.), dəniz canlıları ( krevet, dəniz ilbizi və s.) saxlamaq olar. Bu sistemlərdən istifadə etməklə siz balıq istehsalında ətraf mühitin çirklənməsinin də qarşısını ala bilərsiz. Təklif olunan sistemlər istixana daxilində, xüsusi hazırlanmış fermalarda, çay üzərində, göl və dənizdə quraşdırılıb, açar təslim təhvil verilir.
UZV- qapalı su dövrüyyəli balıqçılıq təsərrüfatlarında sistemdə olan su filtir və digər su təmizləmə qurğularından keçərək, təmizlənib yenidən sistemə qaytarılır. Sistemin idarə edilməsi avtomatik şəkildə həyata keçirilir. İstehsal gücü saxlanılan balığın növündən və istifadə edilən avadanlıqların texniki gücündən asılı olaraq 1 kbm üçün 40-120 kg təşkil edir.
İstifadə edilən avadanlıqlar:
- Bio filir
- Mexaniki filtir
- UV sterilizator
- Zülal süzgəci
- Avtomatik qidalandırma avadanlıqalrı
- Boylama avadanlıqları
- İdarəetmə sistemi və s.
Baıq yetişdirmə təsərrüfatlarında ən vacib proseslərdən biri - suyun oksigen ilə zənginləşdirilməsidir. Suyun oksigenlə zənginləşdirilməsi iki yola mümkündür.
- Təmiz oksigenlə
- Hava vasitəsi ilə
Şirkətimiz sizə suyun oksigenləşdirilməsi və ozonlaşdırılması üçün müxtəlif növ avadanlıqların satışını və quraşdırılmasını təklif edir.